AZ

İranda sünnilərə qarşı dini ayrı-seçkilik siyasəti güclənib

İranda sünni məzhəbli müsəlmanlara təzyiqlər dahada artıb və onlara aid dini mərkəzlər, atributlar və əsərlərin aradan aparılmasına cəhdlər sünnilər arasında etirazlara səbəb olub.

İranı şiə ölkəsi adlandıran Tehran rejimi qeyri-şiələrə qarşı təzyiqlərin davamında Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində etnik bəluclara məxsus sünni məscidinin minarələrinin dağıdılmasına göstəriş verib.

Aprelin 30-da Əlxəlil süni məscidinin minarələrinin uçurulması üçün polis qüvvələrinin müşayiəti ilə bölgəyə texnika çox sayda texnika gətirilib.

Süni bəlucların sosial mediada bu barədə məlumat yaymasından sonra, bundan əvvəl də oxşar hadisələrin şahidi olan bəluclar müxtəlif bölgələrdən Əlxəlil məscidinə axın ediblər.

Nüfuzlu sünni din xadimlərinin də aralarında olduğu izdiham məscid ətrafında insan zənciri yaradıb, minarələrin uçurulmasına mane olublar.

Sünni bəluclarla hökumət məmurları arasında yaranan qarşıdurmadan sonra bəlucların müqavimətini qıra bilməyən hökumət məmurları texnikalarla birgə oradan uzaqlaşmağa məcbur olublar.

Bundan əvvəl dəfələrlə təkrar olan və son həftələr yenidən şiddətlənən sünnilərə qarşı təzyiq və təhqirlər Sistan və Bəlucistanla yanaşı Gülüstan əyalətində kompakt yaşayan türkmən sünnilər, Hormozqan və Buşehr əyalətlərində sünnilər arasında da narazılıqla qarşılaşıb.

Sosial media platformalarında Teran hakimiyyətinin islama qarşı təhqiramiz davrandığı, müəlmanlığı yalnız şiyəlikdə xülasələşdirdiyi və bunun bütün dünya müəlmanlarına qarşı hörmətsizlik olduğu barədə paylaşımlar edilir.

Bundan əvvəl isə Tehran hakimiyyəti Zahidan şəhərində sünnilərin "Nəbiyi rəhmət" məscidini uçurub və orada ibadət edən minlərlə insanın dini ayinlərini yerinə yetirməsinin qarşısını alıb.

Son bir neçə ildə rejim və onun Qum şəhərindəki radikal dini və şiyə mərkəzlərinin göstərişi ilə onlarla sünni məscidi "qanunsuz və uyğunsuz" yerdə tikildiyi bəhanəsi ilə dağıdılıb, buna etiraz edən sünni vətəndaşlar, din xadimləri həbs olunublar.

Rəsmi statistikaya görə, İran əhalisinin təxminən 10 faizini təşkil edən sünni müsəlmanlar həmişə sistemli ayrı-seçkilik və təzyiqlərə məruz qaldıqları üçün, ölkədə ikinci dərəcəli vətəndaş durumuna düşüblər.

Xatırladaq ki, bir neçə il bundan əvvəl Bakının Günəşi qəsəbəsində icazəsiz və qanunsuz tikilən “Fatimeyi Zəhra” məscidinin yerinin dəyişdirilməsi və daha uyğun yerdə inşasına qərar verildiyi üçün İran Azərbaycan Respublikasına qarşı geniş təbliğat kampaniyası başladıb, Azərbaycanı islam düşməni imi qələmə verirdi.

Hazırda isə Azərbaycan hökumətinin vəsaiti hesabına inşa edilən "Fatimeyi Zəhra" məscidi Bakının ən böyük və əzəmətli məscidlərindən biri kimi fəaliyyət göstərir.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla