AZ

Ranqnik "Bavariya"dan niyə imtina edib?

style='margin-bottom:10px;'>

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik "Bavariya"ya rəhbərlik etmək istəməməyinin səbəbini açıqlayıb.

QOL.az xəbər verir ki, Münhen təmsilçisi mütəxəssislə danışıqlar aparsa da, sonda Ranqnik klubda işləməkdən imtina edib. Ranqnik bütün diqqətini Avstriya millisinə kökləmək istədiyini bildirib: 

"Özümü Avstriya millisində işləməyə həsr edirəm. Bu işi çox bəyənirəm və seçdiyimiz yolu uğurla davam etdirmək əzmindəyəm.Vurğulamaq istərdim ki, bu, “Bavariya”dan imtina deyil. Daha çox komandamın xeyrinə və ümumi məqsədlərimiz naminə verilən qərardır. Bütün diqqətimizi Avropa çempionatına yönəltmişik. Biz turnirdə mümkün qədər irəliləmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, məşqçinin Avstriya Futbol Federasiyası ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla