AZ

Ceyhun Bayramov ASEAN Parlament Assambleyasının baş katibini COP29-a hazırlıq işləri barədə məlumatlandırıb

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovVI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədiləölkəmizdə səfərdə olan ASEAN Parlament Assambleyasının (AIPA) başkatibi Siti Rozaimeriyanti ilə görüşüb.

XİN-dən Trend-ə verilənxəbərə görə, görüşdə Azərbaycan və AIPA arasında əməkdaşlıqperspektivləri, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29)irəli gələn məsələlər, habelə postmünaqişə dövründə mövcud regionalvəziyyət müzakirə olunub.

Azərbaycanın bir çox ASEAN ölkələri ilə mövcud əlaqələrinin öznövbəsində AIPA çərçivəsində əməkdaşlığa, habelə ölkəmizin AIPA-yamüşahidəçi üzv kimi qəbul edilməsinə töhfə verdiyini bildirən nazirCeyhun Bayramov, çoxtərəfli platformalar çərçivəsində qarşılıqlıdəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsininvacibliyini vurğulayıb.

Azərbaycanın parlamentlərarası əməkdaşlıq və dialoq formatlarınaəhəmiyyət verdiyi, bu istiqamətdə AIPA ilə də təmasların davametdirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin COP29-a hazırlıq işləri barədəqarşı tərəfi ətraflı məlumatlandırıb.

44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət vəreallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa vəquruculuq işləri, mina təhdidi ilə mübarizə, habelə Azərbaycan vəErmənistan arasında normallaşma prosesindən ətraflı bəhs edib.

Keçmiş münaqişədən sonra sülh təşəbbüsü ilə çıxış edən ilktərəfin, habelə prosesin irəlilədilməsində ən çox səy göstərəntərəfin ölkəmiz olduğu diqqətə çatdırılıb.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsindəölkəmizdə ilk dəfə səfərdə olan baş katib Siti Rozaimeriyanti, bukimi təşəbbüslərin əhəmiyyətindən bəhs edib, o cümlədənparlamentlərarası əlaqələrin daha da genişləndirilməsininvacibliyini vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
15
Mənbələr
Şərh ()
Bağla