AZ

CAREC regionunda yüksək regional ticarət xərcləri mövcuddur

Tbilisi. Trend:

CAREC regionunda yüksək regional ticarət xərcləri mövcuddur.

Trend xəbərverir ki, bu barədə Mərkəzi Asiyada Nəqliyyat və Logistika üzrəTərəfdaşlığın sədri Larisa Kislyakova Tbilisidə keçirilən "MərkəziAsiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionundaekoloji cəhətdən daha təmiz əlavə dəyər zəncirlərininmaliyyələşdirilməsi" mövzusunda panel müzakirəsində çıxışındadeyib.

"Bütün ölkələr qlobal dəyər zəncirlərində iştirak etməyəsadiqdirlər. CAREC regionunda yüksək regional ticarət xərclərimövcuddur. Bunlar tarif xərcləri deyil, çünki tarif xərcləri böyükrol oynamır. Bunlar yüksək nəqliyyat və qeyri-tarif xərcləri vədigər maneələrdir. Uyğunlaşdırılmamış ticarət standartlarısəbəbindən problemlər yaranır", - o deyib.

Kislyakovanın sözlərinə görə, daha bir problem buraxılışməntəqələri infrastrukturu ilə əlaqəlidir.

"Buraxılış məntəqələrində çox vaxt sərf olunur, məntəqələrdəgözləmək beş sutkaya qədər çatır. Bu, infrastrukturumuzun böyükhəcmdə yükləri qəbul etməyə hazır olmadığından xəbər verir. Digərproblem kağız sənədlərdən istifadə ilə bağlıdır. Bu baxımdanrəqəmsallaşma zəruridir", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
10
1
Mənbələr
Şərh ()
Bağla