AZ

Vəfat edən fenomenin məzarı açılacaq - SƏBƏB

ABŞ-da dünyasını dəyişən sosial media fenomeni Yağmur Taktaşın məzarı ailəsinin istəyi ilə açılacaq.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, televiziya yarışması ilə məşhurlaşan adanalı sosial media fenomeni Yağmur Taktaş aprelin 3-də ABŞ-da pisləşərək aparıldığı xəstəxanada vəfat edib.

Taktaşın cansız bədəni aprelin 20-də hava yolu ilə gətirildiyi Adanada Kabasakal qəbiristanlığında dəfn edilib.

Ailəsi qızlarının ölümündən sonra qətldən şübhələnərək Adana Ədliyyəsinə cinayət işi qaldırıb.

Taktaşın ailəsinin yeni ekspertiziya üçün lazımlı əməliyyatları başlatdığı bildirilir.

Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən vəkil Fethi Öksüz məzarın bazar ertəsi açılacağını və qətl şübhəsi üzərində dayandıqlarını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla