AZ

Dünyada LNG bolluğu yaranacaq - SƏBƏB

Rusiyaya sanksiyalardan sonra Avropanın təbii qaza olan ehtiyacının ödənilməsi üçün sıxılmış qaz (LNG) istehsalında böyük artım baş verir. 


Sfera.az Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) məlumatlarına istinadən xəbər verir ki, istehsalın artması hesabına 2025-ci ildə LNG təklifində bolluq yaranacaq. 


Məlumata görə, 2024-cü ildə Rusiya, ABŞ, Seneqal, Meksika və Konqoda il ərzində əlavə 15 milyon ton maye qaz istehsal edən müəssisələr istifadəyə veriləcək.

 

2025-ci ildə isə başqa istehsal müəssisələrinin də istifadəyə verilməsi ilə LNG istehsalı 53 milyon ton artacaq. 


Hazırda ən çox LNG ixrac edən ölkə ABŞ-dir (88 milyon ton). ABŞ-dən sonra növbəti yerləri Qətər (79 milyon ton) və Avstraliya (79 milyon ton) tutur. Rusiya 31 milyon tonla sıralamada üçüncüdür. 


Dünya üzrə mayeləşdirilmiş qaz istehsal gücü 2023-cü ilin sonuna 490 milyon ton olub. Bir ildə gücün 83 faizindən istifadə edilib. Yeni tikiləcək güclərin istifadəyə verilməsindən sonra tədarükdə bolluq yaranacaq. 


Vasif

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla