AZ

Baykal-Amur Magistralının həyata vəsiqə qazanmasında bir azərbaycanlının, məhz Heydər Əliyevin böyük rolu olub - ÖZƏL

"Baykal-Amur Magistralı tikiləndə yadımdadır ki, o layihə haqqında tez-tez, gen bol danışılırdı və işin çox da sürətlə getmədiyi anlaşılırdı, yəni planlar doldurulmurdu və s. Bundan sonra Heydər Əliyev Moskvaya getdi, yəni Azərbaycan rəhbərliyindən ayrıldı, daha yüksək vəzifəyə irəli getdi, SSRİ Nazirlər Kabinetində vəzifəyə gətirildi və ondan sonra Heydər Əliyev bu işlə məşğul olmağa başlayandan sonra Baykal-Amur magistralının tikintisi sürətləndi"
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"İndiki dövrdə mənim yadıma düşən bir epizod var. İllər öncə idi, Baykal-Amur Magistralı ilə bağlı danışarkən orada bir stansiyaya Heydər Əliyevin adının verildiyini gördük. Açığını deyim ki, bir azərbaycanlı kimi şəxsən məni çox qürurlandırdı. Ona görə ki, o nəhənglikdə bir layihənin icrasında bir azərbaycanlının möhtəşəm, danılmaz bir xidməti olub ki, bu şəxs də Heydər Əliyev olub. Bu yaxınlarda da prezident İlham Əliyevin Moskvaya etdiyi səfər, bu səfər çərçivəsində Baykal-Amur Magistralı ilə bağlı görüşlər, müzakirələr, orada xatirələrin canlandırılması, əlbəttə ki, bütün bunlar biz azərbaycanlılar üçün əlavə qürur mənbəyidir və bizə bu qüruru yaşadan, təbiidir ki, ulu öndər Heydər Əliyev olub və olmaqda da davam edir. Yəni biz azərbaycanlılar həm də ona görə fəxr etməli, qürur duymalıyıq ki, o boyda böyük dövlətin bu qədər böyük layihələrindən biri olan Baykal-Amur Magistralının həyata vəsiqə qazanmasında bir azərbaycanlının, məhz Heydər Əliyevin böyük rolu olub. Yəni bu, bizim üçün daha bir sübutdur ki, azərbaycanlılar həqiqətən də çox böyük işlərə imza ata bilərlər. Bilirsiniz ki, Heydər Əliyevə qədərki dövrdə də Sibirdə neftin tapılması yenə də bir azərbaycanlının, Fərman Salmanovun adı ilə bağlıdır. Yeri gəlmişkən, bir neçə il bundan öncə onun adını xalq arasında bir sorğu keçirərək hava limanına verdilər. Ondan başqa SSRİ-nin kosmosa göndərdiyi kosmik gəmilərin uçuşuna icazəni də bir azərbaycanlı - Kərim Kərimov verirdi. Bütün bunlar bizim üçün bir qürurdur. Əlbəttə ki, belə bir qüruru bizə Heydər Əliyev də yaşadıb və bu gün onu minnətlə, hörmətlə xatırlayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla