AZ

“Rusiya müdafiə xərclərini uzun müddət indiki səviyyədə saxlaya bilməyəcək”- MAKRON

Rusiya müdafiə xərclərini uzun müddət indiki səviyyədə saxlaya bilməyəcək.

Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O, Britaniyanın “The Economist” jurnalına müsahibəsində deyib ki, bu, Qərbin uzunmüddətli perspektivdə Rusiya ilə qarşıdurmadan qalib çıxmasına imkan verəcək.

“Bu gün Rusiyanın üstünlüklərindən biri də odur ki, müdafiəyə çox sərmayə qoya və çoxlu məhsul istehsal edə bilər, çünki o, bunun üçün baza yaradıb. Hərbi baxımdan bu, uzunmüddətli perspektivdə dayanıqlı olmayan xərcdir. ÜDM-i Fransa, Almaniya və Böyük Britaniyadan daha az olan bir ölkə büdcəsinin üçdə birini müdafiəyə ayıra bilməyən bir ölkədir. Əgər güclərimizi birləşdirsək, uğur qazana bilərik”, – Makron bildirib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla