AZ

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

Səbinə

Bakı, 2 may, AZƏRTAC

Azərbaycanda 7 mindən artıq arxeoloji memarlıq abidəsi mövcuddur. Onlar bizə əvvəlki nəsillərdən qalıb və qorunma statusundadır. Hökumətin abidələrə qayğısına baxmayaraq, yenə də onların qorunması ilə bağlı müəyyən problemlər var.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də təşkil olunan "Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlı 4-cü plenar sessiyada çıxışı zamanı deyib.

"Ən böyük problem uzun illər işğalda olan abidələrdir. Ərazilərin xeyli hissəsi minalı olduğundan onlara yaxınlaşa bilmirik. Xüsusilə arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik", - deyə Səbinə Hacıyeva vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
Mənbələr
Şərh ()
Bağla