AZ

Şuşada dini liderlər erməni vandalizminin nəticələri ilə tanış oldular

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı ilə keçirilən VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər işğaldan azad olunmuş Şuşa şəhərinə səfər ediblər. 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri mədəniyyət paytaxtımız Şuşa şəhərində dini liderlərin Şuşa görüşündə bir araya gəliblər.

Bizim.Media xəbər verir ki, tədbirdən sonra dini liderlər Şuşada erməni vandalizminin nəticələri ilə tanış olublar.

Qonaqlar Azərbaycan dövlətinin bu ərazilərdə apardığı bərpa, yendənqurma işlərinin gedişatı barədə məlumat verilib.

Xatırladaq ki, dini liderlər Şuşa Bəyannaməsini yekdilliklə qəbul ediblər. İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu Bakı prosesini alqışlayaraq, cari ilin noyabrında keçiriləcək COP29 - İqlim Dəyişikliyi üzrə Bakı Sammitinin təşkilatçısı Azərbaycan Respublikasına uğurlar diləyiblər.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla