AZ

Əliyev münaqişəli bölgələrə mesaj verdi- sülh olmasa, müharibə qaçılmaz olacaq...

Image

Əli Mustafa: “Azərbaycan 30 il münaqişənin həllinə cavabdeh olan Minsk qrupunun  həmsədrlərinin, böyük güclərin etməli olduğunu etdi”

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladan dövlət başçısı bildirib: “Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.

Maraqlı yanaşmadır. Əslində bu, dünya güclərinə bir mesajdır ki, digər münaqişələrin həlli ilə bağlı obyektiv mövqe tutsunlar.

Müstəqil siyasətçi Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan yalnız işğalı deyil, həm də təcavüzü aradan qaldırdı müharibə yolu ilə: “Azərbaycan 30 il münaqişənin həllinə cavabdeh olan Minsk qrupunun  həmsədrlərinin, böyük güclərin etməli olduğunu etdi. Əlbəttə, yaxşı olardı ki, bu sülh, bu təcavüz dinc yollarla həll olsun və bunu beynəlxalq təşkilatlar həyata keçirsin. Amma bunların heç biri olmadı. Azərbaycan məcbur oldu, sülhü müharibə yolu ilə təmin etdi. Beynəlxalq münasibətlər sistemində diplomatiyanın, beynəlxalq hüququn XX-XXI əsrlərdə meydana çıxması müharibələrin alternativi hesab olunur. Amma sülh uğrunda proseslərin aparılması, beynəlxalq münaqişələri həll etmək instrumenti kimi yenidən müharibəyə istinad olması onu göstərir ki, böyük dövlətlər öz üzərlərinə düşən işi yerinə yetirə bilmədilər. Bir növ dünyanı yenidən əvvəlki müstəviyə çəkdilər. Bütün bunlar hamısı bir mesajdır. Eyni zamanda onu deməyə əsas verir ki, Azərbaycan müharibədən haqlı olaraq istifafə edib. Müharibə də münaqişənin həlli yollarından biridir. Amma təbii ki, bizim vəziyyətimizdə digər alternativlərdən 30 il istifadə olunandan sonra tapılan bir çarədir. Bu baxımdan Azərbaycan həm haqlı olduğunu deyir, həm də böyük dövlətlərə, güclərə onu demək istəyir ki, biz sizin etməli olduğunuz işləri gördük. Azərbaycana qarşı Qarabağla bağlı, erməni separatizminə himayədarlıq edənlərlə bağlı müxtəlif piarlardan istifadə edənlər onu demək istəyirlər ki, bu müharibə doğru bir çarə idi. Bu məsələdə kimsə Azərbaycanı qınamağa qalxmasın”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla