AZ

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Keniyadan

Şuşa, 2 may, AZƏRTAC

Bu, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən vəhşilikləri öz gözlərimizlə görmək baxımından bizim üçün tarixi səfərdir. Yol boyu bu ərazilərdə gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa səfərində iştirak edən Keniyadan olan din xadimi Yusuf Abdulrahman Nzibo deyib.

“Biz gözəl Azərbaycan xalqı haqqında çox şeylər öyrəndik. Sizin ölkənizdə müxtəlif dinlərə məxsus insanlar arasında sülh və dözümlülük mədəniyyəti, onların birlikdə yaşaması çox gözəl nümunədir. Azərbaycan xalqına inkişaf və tərəqqi arzulayıram”, - deyə o əlavə edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
Mənbələr
Şərh ()
Bağla