AZ

Fransada baş məşqçi istefası

Fransa çempionatında baş məşqçi istefası gerçəkləşib.

Msport.az xəbər verir ki, “Reyms” Uill Stilli yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Uill Still 2022-ci ilin oktyabr ayından “Reyms”i çalışdırırdı. Komanda belçikalı məşqçinin rəhbərliyi altında keçirdiyi 65 rəsmi matçda 26 qələbə qazanıb, 17 heç-heçə edib, 22 dəfə isə məğlub olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
4
Mənbələr
Şərh ()
Bağla