AZ

Daşkənd Forumunda bir sıra investisiya layihələrinin icrası elan ediləcək

Son beş ildə Azərbaycanın Özbəkistan və Mərkəzi Asiya ölkələri ilə ticarət və nəqliyyat dövriyyəsinin dinamikası istənilən digər coğrafi regionun dinamikasını üstələyir.

Bunu “Özbəkistan 24” telekanalına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, bunun ən yaxşı təsdiqi Daşkənd Beynəlxalq İnvestisiya Forumunda Azərbaycandan çoxlu sayda özəl və dövlət şirkətlərinin iştirakıdır.

Nazir əlavə edib ki, forum çərçivəsində bir sıra investisiya layihələrinin, o cümlədən Azərbaycan kapitalı ilə layihələrin icrası elan ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla