AZ

Yük maşını 29 uşağı vurdu – ANBAAN VİDEO

Qırğızıstanda sürücünün əyləci işlək vəziyyətdə qoyub getdiyi “Porter” tipli yük maşını 29 uşağı vurub.

KONKRET.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, hadisə Suzak kəndində tədbir zamanı qeydə alınıb.

Bildirilir ki, içərisində dondurma olan yük maşını gözlənilmədən hərəkətə gəlib və 9-16 yaşlı uşaqların toplaşdığı hissəyə doğru gedib.

Hazırda 18 uşağın xəstəxanada olduğu bildirilir. Onlardan 7-si reanimasiya bölməsinə yerləşdirilib və üçünün vəziyyəti ağırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
Mənbələr
Şərh ()
Bağla