AZ

ABŞ Rusiyaya qoyduğu sanksiyaya 31 yeni şirkət daxil etdi

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasındaÇində yerləşən 31 şirkətinsanksiyalara daxil olduğunu bildirib.

Bu şirkətlərin "müdafiə sənayesinin əsasını təşkil edən kritik texnologiyaları Rusiyaya təqdim etdikləri" səbəbiylə sanksiyaya məruz qaldıqlarını vurğulayan Burns, "Çinə bu satışların dayandırılmaması halında tədbir görəcəyimizlə bağlı xəbərdarlıq etdik" dedi.

ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiyi açıqlamada siyahıda olan Çin şirkətlərinin Rusiyaya hərbi və mülki ikili təyinatlı aerokosmik və istehsal avadanlıqlarının hazırlanmasında və tədarükündə rolunun olduğunu iddia edib.

ABŞ Maliyyə Nazirliyi materik Çində qeydiyyatdan keçmiş “Wuhan Global Sensor Technology” və “Wuhan Tongsheng Technology” şirkətlərini Rusiyaya infraqırmızı detektorlar kimi hərbi məqsədlər üçün optik məhsullar və sensorlar təqdim etdiklərinə görə sanksiyalar siyahısına daxil edib.

Honq-Konq Xüsusi İnzibati Bölgəsində qeydiyyatdan keçmiş Tulun International Holding, Rusiyanın Ukraynadakı hədəfləri vurduğu pilotsuz uçuş aparatlarında istifadə edilən Qlobal Naviqasiya Peyk Sistemlərini (GNSS) satdığı səbəbiylə siyahıya daxil edilib.

Çinin materik hissəsində qeydiyyatdan keçmiş Sincanda yerləşən Juhang Aviation şirkəti pilotsuz təyyarələrdə istifadə olunan pervaneler, siqnal tıxanıcılar, sensorlar və mühərriklər kimi avadanlıqların ötürüldüyü iddiası ilə siyahıya daxil edilib.

Honq-Konqda qeydiyyatdan keçmiş bir gəmiçilik şirkəti olan CFU Shipping Company, Rusiyanın Arctic LNG 2 Terminalının inkişafı üçün göndərişlər etdiyi səbəbiylə sanksiyaların əhatəsinə daxil edilib.

Fevralın 23-də, Rusiya-Ukrayna müharibəsinin ikinci ilindən əvvəl ABŞ daha əvvəl 9 Çin şirkətini sanksiyalar siyahısına daxil etmiş və 8 Çin şirkətinə hərbi dəstək verə biləcək məhsulların ticarəti ilə bağlı ixrac məhdudiyyətləri qoymuşdu.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
Mənbələr
Şərh ()
Bağla