AZ

Rusiya Ukraynada ələ keçirdiyi Qərb tanklarını Moskvada açıq sərgiyə çıxardı- FOTO

Image

Rusiya Ukraynada ələ keçirdiyi Qərb hərbi texnikasını Qələbə bayramı ərəfəsində bir ay davam edəcək açıq hava sərgisində nümayiş etdirməyə başlayıb.

Qələbə Parkında təşkil edilən sərgidə ABŞ, İngiltərə, Almaniya, Fransa, İsveç, Avstraliya və Cənubi Afrika kimi müxtəlif ölkələrdən Ukraynaya göndərilən 30 zirehli texnika nümayiş etdirilir.

Sərgidə nümayiş etdirilən texnikalar arasında Ukraynanın Berdıçi şəhəri yaxınlığındakı döyüşlər zamanı tank əleyhinə minaya düşərək zədələnən Almaniya istehsalı olan “Leopard” tankı da var. Rusiya dövlət televiziyası bildirir ki, tank Rusiya ordusunun tank əleyhinə raket qrupu tərəfindən vurulub.

Rusiyalı təşkilatçılar ələ keçirilən hərbi maşınların üzərinə həmin ölkənin bayraqlarını asaraq hansı ölkədən olduqlarını da göstəriblər. Təhlilçilərin fikrincə, hərbi maşınlar Ukrayna ordusuna məxsus olsa da, Rusiya rəsmiləri tanklar və zirehli texnikalara, onların istehsal edildiyi ölkələrin bayraqlarını asmaqla həmin ölkələrə qarşı da "qələbə qazandıqları", "Rusiya texnikasının daha güclü olduğu" mesajını verirlər. 

TAHİR






Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla