AZ

“Parma” yenidən İtaliya A Seriyasında!

İtaliyanın eyniadlı əyalətini təmsil edən “Parma” növbəti, 2024/2025-ci illər mövsümündə İtaliya A Seriyasında mübarizə aparacaq.

Arena.az məlumat verir ki, İtaliya B Seriyasının 36-cı turunda sözügedən komanda səfərdə “Bari” ilə 1:1 hesablı heç-heçə oynayaraq, növbəti mövsümdə İtaliya A Seriyasında çıxışını rəsmiləşdirib.

Hazırda “Parma” 36 oyundan 74 xalla İtaliya B Seriyasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Son iki turda “Parma” “Kremoneze” və “Recana” ilə qarşılaşacaq. Bu oyunların nəticəsindən asılı olmayaraq, parmalılar növbəti mövsümdə A Seriyasında iştiraka haqda düşünə bilərlər. Amma İtaliya B Seriyasının çempionluğunu qazanmaq baxımından “Parma” üçün qarşıdakı bu iki oyun vacib olacaq. Belə ki, 71 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşmış, Sesk Fabreqasın çalışdırdığı “Komo” həm A Seriyasına yüksəlmək, həm də B Seriyasının çempionluğunu qazanmaq üçün mübarizə aparır. Büdrəyəcəyi halda “Komo” A Seriyasına yüksəlmək imkanını itirə bilər. Çünki 67 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşmş “Venesiya” məsələni sonraya saxlamaq istəmir.

Xatırladaq ki, İtaliya B Seriyasında ilk iki yeri tutmuş komandalar birbaşa surətdə A Seriyasına yüksəlirlər. 3-cü yeri tutmuş komandanı isə hələ ələmə oyunlarında mübarizə aparmalıdır.

Parmanın eyniadlı təmsilçisi 2020/2021-ci illər mövsümündən sonra ilk dəfə İtaliya A Seriyasında çıxış edəcək. O vaxt komanda A Seriyasında sonuncu yeri tutaraq yarışın yekunlarına görə B Seriyasına yuvarlanmışdı.

Vurğulayaq ki, ötən mövsüm “Parma” ələmə oyunlarında məğlub olaraq, cari mövsüm üçün A Seriyasında iştirak hüququnu itirmişdi. O vaxt komandanın heyətində əfsanəvi italyan qapıçı, “Parma”nın yetirməsi, veteran Canluici Buffon çıxış edirdi. Məhz bu məğlubiyyətdən sonra Buffon futbolçu karyerasına xitam vermişdi.

Göründüyü kimi, “Parma” ötənilki heyətini qoruyub saxlayaraq, cari mövsümdə məqsədinə nail olub. Kollektivi italyan mütəxəssis, Fabio Pekkya çalışdırır.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla