AZ

Türkiyənin artım proqnozundaMÜSBƏT DİNAMİKA

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD -Organization for Economic Cooperation and Development) 2024-cü ildə Türkiyə üçün iqtisadi artım gözləntisini 2,9 faizdən 3,4 faizə yüksəldib.

Türkiyə iqtisadiyyatında baş verən müsbət proseslər beynəlxalq təşkilatların diqqətini cəlb etməkdə davam edir. OECD Türkiyə üçün artım proqnozunu müsbətə doğru dəyişməyə qərar verib.

Fevral ayında Türkiyə iqtisadiyyatının 2024-cü ildə 2,9 faiz artacağını təxmin edən OECD proqnozunu 3,4 faizə qədər yeniləyib. 2025-ci il üçün artım proqnozunu 3,2 faiz səviyyəsində saxlayıb.

OECD həmçinin Türkiyədə orta inflyasiyanın 2024-cü ildə 55,5 faiz, 2025-ci ildə isə 28,9 faiz olacağını proqnozlaşdırıb. O, baza inflyasiyanın 2024-cü və 2025-ci illərdə müvafiq olaraq orta hesabla 57,5 ​​faiz və 28,7 faiz olacağını proqnozlaşdırıb.

Orxan Vahidoğlu, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla