"Barselona" mövsümün sonunda Pedrini satacaq. Futbolpress.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Qeyd olunub ki, klubun qane edəcək təklif olarsa, yarımmüdafiəçi satılacaq. Pedri bu mövsüm 29 oyunda 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komanda ilə 2026-cı ilə qədər müqaviləsi var.