AZ

Deputat antisemitizmə görə mandatdan məhrum edildi

Dəfələrlə antisemit bəyanatlar səsləndirən Litva Seyminin (parlamenti) deputatı Remiqyus Jemaytaytis deputat mandatından məhrum edilib.

Axar.az xəbər verir ki, bu barədə Litvanın Baş Seçki Komissiyası məlumat yayıb.

“Remiqyus Jemaytaytis parlament mandatından məhrum edilib. Cümə axşamı onun Seymdəki son iş günüdür”, - məlumatda deyilir.

Qeyd edək ki, aprelin sonunda Litva Konstitusiya Məhkəməsi Jemaytaytisin antisemit ifadələrlə deputat andını pozduğunu bildirib və bunun onun üçün impiçmentlə nəticələnəcəyini vurğulamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
3
Mənbələr
Şərh ()
Bağla