AZ

Ranqnik "Bavariya"nın təklifini qəbul etməyib

Avstriya futbol komandasının 65 yaşlı alman baş məşqçisi Ralf Ranqnik Münhen "Bavariya"sına rəhbərlik etməkdən imtina edib.

İqtisadiyyat.az xəbər verir ki, baş məşqçi bu haqda Avstriya Futbol Assosiasiyasının saytına açıqlama verib.

“Mən bütün qəlbimlə Avstriya komandasında işləməyə sadiqəm. Mən bu işdən böyük zövq alıram və seçdiyimiz yolu davam etdirmək niyyətindəyəm.

Qeyd etmək istərdim ki, bu, “Bavariya”dan imtina deyil, komandamın və ümumi məqsədlərin xeyrinə qərardır.

Biz bütün diqqətimizi Avropa çempionatına yönəltmişik və həmin turnirdə mümkün qədər irəli getmək üçün əlimizdən gələni edəcəyik”.

"Bavariya"nın almaniyalı baş məşqçisi Tomas Tuxel yayda Münhen klubunu tərk edəcək.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla