AZ

Azərbaycan xaricdən kivi idxalını 13% azaldıb- RƏQƏMLƏR

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 815 min 960 dollar dəyərində 1 157 ton kivi idxal edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 125 min 310 dollar, yəni 13,3%, miqdar ifadəsi ilə təqribən 171 ton (12,9%) azdır.

Ötən ilin eyni dövründə ölkəyə 941 min 270 dollarlıq 1 327 ton kivi gətirilib.

Bu da o deməkdir ki, 1 kq kivinin orta idxal qiyməti  cari ilin ilk 2 ayında 1,20 manat təşkil edib. Ötən il isə bu göstərici 1,21 manat olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla