Qanunvericiliyə əsasən, bu il noyabrda parlament seçkiləri olmalıdır.
News24.az Lent.az-a istinadla bildirir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, seçkilərin müddəti önə də çəkilə bilər: “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.