AZ

Tavusda təxribatçılara rəhbərlik edən keşiş Kanada vətəndaşıdır

“Ermənistan dini dövlət deyil ki, din xadimi dövlətin rəhbəri olsun” deyənlər bəlkə də bilmirlər ki, mövcud konstitusiyaya görə, Baqrat Srbazan (Tavus yeparxiyasının rəhbəri-red.) Baş nazir postuna iddia edə bilməz, çünki iki vətəndaşlığa, Ermənistan və Kanada vətəndaşlığına malikdir.

Demokrat.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, o, Erməni Apostol Kilsəsinin Kanada yeparxiyasına rəhbərlik edərkən Kanada vətəndaşlığını alıb.

“2003-cü ilin mayında Kanada erməni yeparxiyasının 20-ci parlament iclası onu Kanada erməni yeparxiyasının rəhbəri seçib və o, 10 ilə yaxın yeparxiyaya rəhbərlik edib. 2013-cü ildə Ermənistana qayıdıb. Yeri gəlmişkən, onun ikinci müddətə seçilməsi zamanı saxtakarlıqlardan istifadə edilib, çünki o, Kanada erməniləri arasında böyük nüfuza malik olub, yerli erməni partiyalarının mövqelərini sarsıdıb. Ermənistan Baş naziri vəzifəsinə namizədlik irəli sürmək üçün həmin şəxsin son 4 ildə Ermənistan vətəndaşı olması məcburi tələbdir”, - deyə nəşr bildirib.
Seçilən
20
Mənbələr
Şərh ()
Bağla