AZ

Bakıda 76 yaşlı qadının ölümünə səbəb olan sürücü ilə bağlı qərar veriləcək

Bakıda qadının ölümü ilə nəticlənən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Famil İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclaaının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Bakının NZS Qəsəbəsi, Babək prospektində qeydə alınıb. Belə ki İsgəndərov Famil İsmayıl oğlu BMC markalı avtobusla NZS qəsəbəsində Babək prospekti istiqamətində hərəkətdə olarkən "Ulduz" marketin qarşısında avtobusun qabaq tərəfi ilə yolu keçməkdə olan piyada 1948-ci il təvəllüdlü Rzayeva İrina Georgiyevnanı ehtiyatsızlıqdan vuraraq xəsarət yetirib. O, 4 gün sonra aldığı xəsarətlərdən vəfat edib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla