AZ

Yunanıstan şahzadəsinin çətin anları: Pəncərədən içəri girdi

Yunan kral ailəsinin üzvü olan şahzadə Olimpia tətilə getdiyi Şotlandiyada pəncərədən keçməyə çalışarkən görüntülənib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki,

1974-cü ilə qədər Yunanıstanda taxtda olan kral ailəsinin ən gənc üzvlərindən biri olan Şahzadə Olimpia son hərəkəti ilə gündəmdə olub.

İngiltərə kralı III Çarlzın xaç qızı olan 27 yaşlı model Olimpia dostunu ziyarətə getdiyi Şotlandiyada çətin anlar yaşayıb. İsterik hücum keçirdiyi iddia edilən Şahzadə təsadüfən kilidlədiyi otağa girə bilməyəndə pəncərədən içəri girmək məcburiyyətində qalıb.

Şahzadə Konstantin Aleksiosla görüşən Poppi Delevin qızın çətin anlarını videoya çəkərək sosial şəbəkədə yayımlayıb. Pəncərədən içəri girməyi bacaran Olimpiyanın daha sonra gülüşləri eşidilib.

Qeyd edək ki, Şahzadənin keçmiş sevgilisi aristokrat Pereqrin Pirson ötən il aktrisa Sofi Törnerlə yeni eşq macərasına başlayıb.

Şahzadənin babası, keçmiş Kral Konstantin 1967-ci ildə Yunanıstandakı çevrilişdən sonra xaricə sürgünə getmişdi. Yeri gəlmişkən, Yunanıstanda kral rejiminə 1974-cü ildə keçirilən referendumla son qoyulub.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
82
1
Mənbələr
Şərh ()
Bağla