AZ

“Bu komanda üçün canımı qoymuşam, hər kəs məndən razıdır”

Azərbaycan I Liqasında ötən gün çempionluq mübarizəsi aparan “İmişli” klubu səfərdə “Karvan”a məğlub oldu (0:1). 

Maçtın ardından komandanın hücumçusu Xəzər Mahmudov İdmanxeber.az saytına fikirlərini bildirdi. O, qarşılaşmanı belə şərh etdi:

“Çempionluq yolunda vacib xallar itirdik. Oyun 90 dəqiqə bizim üstünlüyümüzlə keçsə də, şanslardan istifadə edə bilmədik. Qapımızda bir epizod verdik, o da qolla nəticələndi. Mövsüm başlayanda hədəfimiz çempionluq idi. İndi də dəyişən bir şey yoxdur. Allahın izni ilə məqsədimizə çatacağıq”.

Mahmudov komandanın Premyer Liqaya yüksələcəyi təqdirdə, heyətin dəyşməsi ilə bağlı narahatçılığının olmadığını bildirdi:

“Bu barədə mənim heç bir narahatçılığım yoxdur. Mövsüm başlayandan “İmişli” üçün canımı qoymuşam, hər kəs məni çox istəyir. Azarkeş, məşqçilər, rəhbərlik hamı çıxışımdan razıdır. Özümə güvənirəm, heç bir narahatçılıq yoxdur. Bu mövsüm daha çox qol vura bilərdim. Ancaq stadion amili buna mane oldu. Bu, bəhanə deyil, reallıqdır.

Hədəfimiz Premyer Liqaya yüksəlməkdir. Ümid edirik ki, əsas çempionatda komanda sayı artırılar. Bölgə klubları nə qədər çox olsa, elitada da maraq yüksək olacaq. Bizim ev oyunlarımıza gələn azarkeş sayı Premyer Liqa matçlarında yoxdur”.

Həsən Quluzadə

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla