AZ

NATO ölkələrinə öhdəlik: 5 ildə Ukrayna üçün 100 milyard

NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinə Ukraynaya dəstək üçün 5 il ərzində 100 milyard dollar toplamaq təklifi ilə çıxış edib.

Yenisabah.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

O, "Facebook"-dakı videomüraciətində bildirib: “İndi NATO Ukraynadakı münaqişəyə yeni 100 milyard dollar xərcləmək istəyir. NATO baş katibinin müvafiq təklifi çərşənbə axşamı birinci oxunuş üçün üzv ölkələrə təqdim edilib”.

Nazir bu məqsədlər üçün xüsusi fondun yaradılacağına aydınlıq gətirib.

Siyarto qeyd edib ki, NATO münaqişənin müddətini 5 il uzatmağı planlaşdırır. Onun sözlərinə görə, bu, Avropa üçün böyük risklər daşıyır. Macarıstan “bu çılğınlıqdan kənarda” qalmaq niyyətindədir”.


Telegram kanalımız
Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla