AZ

Nikoyan: “Paşinyanın axmaq fikirləri xalqımızın rüsvayçılığıdır”

“Xahiş edirəm, Nikolun dediyi axmaq fikirləri dilə gətirməyin, çünki ölkə başçısı deyilən şəxsin belə fikirlər söyləməsi xalqımızın ayıbı və rüsvayçılığıdır”.

KONKRET.az xəbər verir ki, bunu erməni siyasətçi Samvel Nikoyan jurnalistlərlə söhbətində bildirib.

Nikoyan bəyan edib ki, Nikol Paşinyanın xarici dəstəyi var. “Birinci Türkiyə, ikinci Azərbaycan. Qərb də buna qoşuldu, müəyyən mənada Rusiyanın da bu prosesdə əli var. Qısacası, Qərb, Rusiya, Türkiyə və Azərbaycan problemlərini Nikolun köməyi ilə həll edir. O, bircə Ermənistana və erməni xalqına kömək etməyəcək. Ona görə də millətimiz bu problemi kökündən həll etməlidir”, – deyə Samvel Nikoyan bildirib.

Natiq Səlim,

KONKRET.az

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla