AZ

Malayziya parlamentinin sədri: Bakı Forumu ölkələr arasında mədəniyyət diplomatiyasının yayılmasında əvəzsiz rol oynayır

Bakı, 2 may, AZƏRTAC

Qloballaşma prosesində mədəniyyətlərarası sərhədlər daha tez silinir. Hər bir ölkə həm ölkədaxili, həm də xaricdə sülh və mehriban münasibətlərin qurulmasının tərəfdarıdır. Mədəniyyət diplomatiyası burada müstəsna rol oynayır və münaqişə, nifrət kimin mənfi təsirlərə qarşılaşır. Qəzzada baş verən faciə zamanı mədəniyyət diplomatiyası olsaydı, orada aclıq, təhlükəsizlik kimi əsas həyati vacib şərtlərin mövcudluğu mümkün olardı.

AZƏRTAC xəbər verir ki, bu barədə Malayziya Senatının sədri Mutang Tagal “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.

"Azərbaycan Malayziya kimi çoxmədəniyyətlilik nümunəsidir. Multukultural mühitin qorunması və təbliği diplomatiyanın bir istiqamətidir. Biz rəqəmsal platformalar vasitəsilə muzeylərə virtual sərgilər təşkil edərək mədəniyyətlərin yayılması və millətlərin birləşməsi üçün bir sıra tədbirlər keçiririk. Təəssüflə bildirmək istərdim ki, son illərdə qloballaşma zəifləyib, dövlətlər arasında böyük aşılmaz sədlər qurulur, irqçilik artır. Buna görə də düşünürəm ki, belə bir forumun keçirilməsi ölkələr arasında mədəniyyət diplomatiyasının - qarşılıqlı etimadın, sülhün və dostluğun yayılmasında əvəzsiz rol oynayır”, - deyə Malayziya parlamentinin nümayəndəsi vurğulayıb.

Seçilən
41
3
Mənbələr
Şərh ()
Bağla