AZ

"Forumun ölkəmizdə keçirilməsi işğaldan azad edilən ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir"

"Forumun ölkəmizdə keçirilməsi işğaldan azad edilən ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir"

"Azərbaycan növbəti nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, mayın 1-də "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb. Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Forum da çox mühüm mövzular müzakirə olunacaq. Əsas müzakirə olunacaq mövzular isə təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi və qanunsuz miqrasiya ilə bağlıdır. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulub.Eyni zamanda forum iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfərləri gözlənilir. Hesab edirəm ki, bu forumun ölkəmizdə keçirilməsi işğaldan azad etdiyimiz ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir".

Deputat vurğulayıb ki, Azərbaycanın təşəbbüsü yüksək səviyyəli dövlət xadimlərini, parlament rəhbərlərini, dini liderlər, alimlərini, jurnalistlərivə müxtəlif etnik, mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçıları mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gətirib:

"Forumunun açılış mərasimində çıxışı zamanı cənab prezident İlham Əliyev bir sıra vacib məqamlara toxundu. Xüsusilə də cənab prezident İlham Əliyev çıxışında multikulturalizmin əhəmiyyətindən söz açaraq Azərbaycanın təcrübəsini bölüşdü. Dövlət başçısı çıxışında əsrlər boyu Azərbaycanın mədəniyyətlərin qovuşduğu məkan olduğunu, bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaratdığını qeyd etdi. Azərbaycan cəmiyyəti əsrlər boyu tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlayıb. Multikulturalizm Azərbaycan vətəndaşlarının həyat tərzinə çevrilib.

Bu gün cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada dialoqa, qarşılıqlı anlaşmaya, sülh və təhlükəsizliyə böyük töhfələr verir. Bu gün dünyada mədəni irsin qorunması həll edilməli olan əsas problemlərdən biridir. Təəssüf ki, münaqişələr və müharibələr hələ də əsas təhlükə olaraq qalır. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən "Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr" mövzusunda parlamentlərarası konfransda Azərbaycan Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın da qeyd etdiyi kimi "İşğal olunmuş ərazilərin mədəni irsinə hörmət edilməsi və qorunması üzrə beynəlxalq hüququn öhdəlikləri Ermənistan tərəfindən 30 il ərzində ciddi şəkildə pozulub. İşğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı bərpa işləri aparılır. Bu işlərin əsas prioritetlərindən biri də işğaldan azad olunmuş rayon və şəhərlərdə mədəni irsin bərpası və qorunmasıdır.Hazırda həmin ərazilərdə tarixi və dini abidələrimiz bərpa olunur və ya yeniləri inşa edilir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla