AZ

Özünəinamsızlığı necə aradan qaldırmaq olar? – Psixoloq AÇIQLADI 

İnsanların əksəriyyəti həyatda uğursuz olduqlarını və heç bir nailiyyətlərinin olmadıqlarını düşünürlər. Bu isə özünəinamsızlıqdan qaynaqlanan problemdir.

 

Bəs özünəinamsızlığı necə aradan qaldırmaq olar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, özünəinam insana cəsarət, özünəhörmət və təşəbbüskarlıq bəxş edir.

 

“Özümüzə inandıqda riskə getmək, yeni şeyləri sınamaqdan qorxmuruq. Bu məfhumun varlığı uğurlu həyat üçün olduqca vacibdir. Özünə güvənən insanlar digər insanların onlar haqqında nə düşündüklərini önəmsəmirlər. Bu xüsusiyyəti insan özündə şüurlu şəkildə formalaşdıra bilər. Düşüncə tərzini və həyata baxış bucağını dəyişərək insan özünə güvənə bilər. Özünəinamı formalaşdırmaq üçün iradəni gücləndirmək əsas nüanslardan biridir. Zəif iradəli insanlar həmişə işlərini təxirə salırlar. Qərar qəbul etməzdən əvvəl başqaları ilə məsləhətləşirlər. Əgər onun qərarı ilə razı olanların sayı çoxdursa həmin qərarı icra edirlər. Bu insanlar çox səbrsiz olurlar. Edəcəyi işin tezliklə sonlanmasını arzulayarlar”.

 

Psixoloq qeyd edib ki, iradəni gücləndirmək üçün neqativ düşüncələrə fikir verməmək lazımdır.

 

“Mənfi fikirlərə fokuslanmaq əvəzinə, hər şeyin ən yaxşısını düşünmək olduqca önəmli faktordur. İradəni gücləndirməyin ən əsas üsullarından biri kiçik və sadə hədəflər təyin etməkdir. Həmin hədəfləri yerinə yetirdikcə insanlarda tədricən özünəinam formalaşır. Özünəinamı aşağı olan insanlar əsasən bacarmadıqlarına fokuslanır. Bu isə yanlışdır. Zehnimizi uğursuzluq ssenarilərinə fokuslandığı zaman uğursuzluğu həyatımıza cəzb edirik. Məhz bu baxımdan yanlız uğuru düşünmək və bu istiqamətdə addımlar atmaq lazımdır”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
31
Mənbələr
Şərh ()
Bağla