AZ

"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili

 
"Azadlıq və Rusiya qarşısında qorxu olmayan şəraitdə böyüyən nəsil Gürcüstanın "yeni Belarusa" çevrilməsi planları yolunda keçilməz maneəyə çevrilib..."
 
"Mişa nəsli"nin Rusiya qarşısında qorxusu yoxdur. Əgər Gürcüstanda Rusiya hakimiyyəti çökərsə, bu, təcavüzkar ölkənin mövqelərinə sarsıdıcı zərbə olacaq. 
 
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili "gordonua.com" nəşrində öz bloqunda yazıb.
 
"Gürcüstanda praktiki olaraq rusiyalı oliqarx İvanişvilinin ölkədə tamamilə "rus dünyası"nın, yəni korrupsiya, vətəndaş cəmiyyətinin, söz azadlığının məhv edilməsi, vətəndaşların kütləvi şəkildə xaricə axını sisteminin bərqərar edilməsi cəhdinə qarşı inqilab baş verir.
 
Yaxın keçmişədək İvanişvili üçün hər şey yaxşı gedib. Ölkənin hər dördüncü sakini Gürcüstanı tərk edib, o, öz sərvətini iki dəfə artırıb, son illər Rusiya pullarının fəal şəkildə yuyuıması ilə məşğul olub və sanksiyalar altında olan malları ölkəyə buraxıb. Ötən il Rusiyada olduğu kimi o, "xarici agentlər" haqqında qanunu tətbiq etmək qərarı verməsəydi, hər şey yaxşı olacaqdı.
 
Ötən il əsasən gənclərin kütləvi etirazları hakimiyyəti qanunu geri götürməyə məcbur edib. Bu il ərzində İvanişvili nəzarətində olan partiyalar, tələbə şuraları vasitəsilə tələbələri korrupsiyaya uğratmağa cəhd edib, gənclərlə müxalif siyasi partiyalar arasında uçurum yaratmaq üzərində işləyib.
 
Rusiya öz ali məktəblərində Gürcüstan üçün çoxsaylı pulsuz yerlər açıb. Bu tələbə təqaüdlərinin əksəriyyəti hələ də tələb olunmayıb. Tələbə şuralarına ayrılan pulları özlərinə xərcləyib. Bu ilin aprel ayında Rusiya yenə də qanunu parlamentdən keçirməyə təkid edib, bu dəfə gənclər daha geniş miqyasda üsyana qalxıb. 
 
Bu aksiyaların miqyası və ruhu Gürcüstanda Rusiyanın mövcudluğuna qarşı və Avropaya tez bir zamanda inteqrasiya olunmaq uğrunda milli-azadlıq hərəkatının yeni mərhələsinin başlanması barədə nəticəyə gəlməyə imkan verir.
 
Bu hərəkat boşuna yaranmayıb. 2013-cü ildə mən prezident kimi öz vida müraciətimdə "Mişa nəsli"ndən, yəni 90-cı illərin son dərəcə kasıbçılıq və kriminal durumunu bilməyən, xüsusilə təhsil sistemində sovet dönəmindən başlayaraq total korrupsiyanı görməyən insanlardan danışmışam.
 
Biz hər bir məktəbliyə pulsuz kompüter vermişdik, həmçinin amerikalıları praktiki olaraq Gürcüstanın hər bir orta məktəbinə uşaqlarımızı ingilis dilini öyrətmək üçün dəvət etmişdik.
 
Bu nəsil Gürsüstanda azad seçkilər nəticəsində mənim ilk (və sonuncu) dəfə Qafqaz tarixində dinc yolla hakimiyyəti təhvil vardiyim şəraitdə böyüyüb.
 
Bu nəsil mənim hökumətimin danışıqlar vasitəsilə vizasız rejimin tətbiq edilməsi nəticəsində Avropanı çox ziyarət edir. On minlərlə gürcü dünyanın ən yaxşı universitetlərində prezident təqaüdü ilə təhsil alıb.
 
Azadlıq və Rusiya qarşısında qorxu olmayan şəraitdə böyüyən nəsil Gürcüstanın "yeni Belarusa" çevrilməsi planları yolunda keçilməz maneəyə çevrilib.
 
Bu aksiyalara cavab olaraq İvanişvili hökumətyönlü mitinq təşkil edib. Əsasən uzaq və kasıb kəndlərdən insanlar mütəşəkkil qaydada mitinqə gətirilib. İştirakçıların 90 faizi yaşlı adamlar olub, onların yarısı görüş yerinə gəlib çıxmayıb.
 
Qalanları o qədər tez bir zamanda dağılışıb ki, hakimiyyət yayım zamanı nə televiziya izləyicilərinin, nə də bu dəfə şəxsən çıxış edən İvanişvilinin boş yerləri görməməsi üçün Rustaveli prospektində işıqları söndürməli olub.
 
Bu günlərdə İvanişvili üçün son "coming out" olub. O, deyib ki, Qərb "qızılgül inqilabı"nı ona görə törədib ki, Gürcüstanın Rusiya ilə arasını vursun, Avropa və ABŞ isə Ukraynada müharibəni başladan, indi də Gürcüstanı bu müharibəyə cəlb etmək istəyən qlobal müharibə partiyasıdır. "Mən Yanukoviç deyiləm, mənimlə belə şeylər keçməz", - İvanişvili deyib. 
 
O, deyib ki, seçkilərin nəticələrindən asılı olmayaraq o, hakimiyyəti təhvil verməyəcək, mənim "Milli Hərəkat" partiyama aid etdiyi müxalifəti isə mühakimə edəcək. Yəni rəsmən xarici siyasət kursunun dəyişilməsi və gürcü demokratiyasına son veriləcəyi elan edilib.
 
Siyasi iqlimin belə təlatümünə rəğmən, İvanişvili komandasının üzvlərinin narahatlıq üçün çox səbəbləri var. Çoxsaylı dövlət qulluqçuları dünən ilk dəfə olaraq aksiyaya getməkdən imtina edib. Onların xüsusilə şəhərlərdə torpaq ayaqlarının altında yanır, Gürcüstanda həlledici çəkiyə malik Tbilisidə onlar praktiki olaraq hər şeyi itirib.
 
Hazırda amerikalı və avropalıların, nəhayət, İvanişvili və onun ən yaxın çevrəsinə qarşı sanksiyalar tətbiq etməyə qərar verməsinin zamanıdır. Bu, hakim qurd  sürüsü daxilində birliyi tamamilə pozacaq.
 
Gürcüstandakı hadisələr Ukrayna üçün də mühüm əhəmiyyət kəsb edir. Tamamilə aydındır ki, əgər Gürcüstanda Rusiya hakimiyyəti çökərsə, bu, təcavüzkar ölkənin mövqelərinə sarsıdıcı zərbə olacaq".
Seçilən
19
Mənbələr
Şərh ()
Bağla