AZ

Əla performans sərgilədi, rəqib baş məşqçidən xüsusi münasibət gördü

"Səbail" avrokuboklar mübarizəsində növbəti zərbəni Masazırda aldı.

"Sabah"ın qonağı olan Bayıl təmsilçisi 90 dəqiqənin sonunda 0:2 hesablı məğlubiyyətə razılaşmalı oldu.

Oyunun qəhrəmanı isə şübhəsiz ki, Yusif İmanov idi.

"Tələbələr"in ən gənc qolkiperi ən azı 3-4 epizodda komandasını real qoldan xilas etməyi bacardı.

Əbəs deyil ki, oyun sonrası mətbuat konfransında hər iki komandanın çalışdırıcıları Yusif İmanovun şəninə xoş sözlər səsləndirdi.

Qonaqların baş məşqçisi Şahin Diniyev hətta mətbuat konfransından sonra arenanın giriş qapısında rastlaşdığı İmanova xüsusi münasibət göstərməsilə yadda qaldı.

O, gənc futbolçunu göstərdiyi performansa görə şəxsən təbrik etdi. Ona gələcək karyerasında uğurlar arzuladı.

XAANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla