AZ

Azərbaycanın qlobal çağırışlara verdiyi cavabtəqdir olunmalıdır - ÖZƏL

"Cənab Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında qlobal məsələlərlə bağlı çox ətraflı və geniş fikirlərini bildirdi".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Baxmayaraq ki, Azərbaycan ərazicə və əhalicə kiçik dövlət kimi görünə bilər, amma biz qlobal problemlərin həllində çox aktiv bir rolu olan dövlət kimi çıxış edirik. İstər Qoşulmama Hərəkatının sədri kimi, istər Mədəniyyətlərarası Dialoq təşəbbüsü ilə çıxış edən bir dövlət kimi, istər müstəmləkəçiliyə qarşı haqq səsini ucaldan bir dövlət kimi. Biz bu platformalarda aktiv çıxış etmişik və prezident də öz çıxışında bu məqamlara və digər mövzulara toxundu.
Hesab edirəm ki, COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək Azərbaycanın davranışları, bu cür qlobal çağırışlara verdiyi cavab, atdığı addımlar mütərəqqi ictimaiyyət, beynəlxalq aləm  tərəfindən təqdir olunmalıdır və olunur da. Elə Bakıda keçirilən bu iki günlük tədbirin özündə də nüfuzlu şəxslər iştirak edir. İctimai, siyasi xadimlər, elm, təhsil adamları, media, qeyri hökumət təşkilatları, yəni dünyada tanınan, sayılan, sevilən, seçilən beynəlxalq təşkilatların, ölkələrin nümayəndələridir. Onların elə Azərbaycana, Bakıya gəlməsi bizim üzərimizə götürdüyümüz bu rolu dəyərləndirdiklərinin, COP29-la bağlı çalışmalarımıza göstərdikləri diqqətin göstəricisidir. Qeyd edim ki, bütün bu məsələlər və o cümlədən də, cənab Prezidentin orada tezis xarakterli çıxışları artıq Azərbaycanın, onun liderinin dünyanın önəmli məsələlərində, problemlərində aktiv rol almasının göstəricisidir və təkcə aktiv rol almır. Həm də Azərbaycan bu problemlərinin həlli istiqamətində çox ciddi çalışmalar ortaya qoyur və bunun nəticələrini də görəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla