AZ

Hipertrixoz və hirsutizm - Uşaqlarda tüklənmə 

Cinsi yetişmə dövründə qızın orqanizmində elə dəyişikliklər baş verir ki, o, hamiləlik və uşaq doğmağa hazır olsun. Bu proses bir neçə mərhələdə keçir. Onlardan biri qoltuq və qasıq nahiyələrində tüklərin çıxmağa başlamasıdır. Vaxtından əvvəl cinsi inkişaf çox vaxt norma variantı sayılır. Lakin, əgər 7-8 yaşlarda qızın qasığında tüklər əmələ gələrsə, valideynlər həkimlə konsultasiya etməlidir.
 
Aztibb.az xəbər verir ki, pediatr-endokrinoloq Günay Cəbrayılovanın bildirdiyinə görə, uşaq və yeniyetmələrdə, əsasən də qız uşaqlarında tez-tez rast gəlinən şikayətlərdən biri də tüklənmədir. Tüklənmənin mütləlif formaları vardır.
 
Hipertrixoz
 
Hipertrixoz bədənin müxtəlif hissələrində çox miqdarda tükün əmələ gəlməsidir. Hirsutizmdən fərqi tüklərin inkişaf etdiyi nahiyələr və tüklərin qruluşudur. Əsasən kiçik uşaqlarda, qollarda, kürək nahiyyəsində, bütün qıçlarda, bəzən bığ bölgəsində görülür. Tük qruluşu incədir, qıvrım deyildir. Daha çok genetikdir, yəni tüklü olan ailənin uşaqlarının da tüklü olması.
 
Hirsutizm
 
Hirsutizm isə qızlarda kişi tipli tüklənmə olaraq müəyyən olunur. O hormonal balansın pozulması zamanı ortaya çıxır. Kişi tipli tüklənmə yəni saqqal, bığ, sinə, qarın nahiyyəsində görülür. Tüklər sərt, uzun və qıvrım olur. 10 yaş ətrafındaki qız uşaqlarında hirsutizm, sızanaqlarda artma, aybaşı pozulmaları, çəki artımı varsa müayinə olunmalıdır.
 
Əgər övladınızda bu tipli tüklənmə varsa mütləq uşaq endokrinoloquna müraciət edin.
Seçilən
32
Mənbələr
Şərh ()
Bağla