AZ

Ermənistan müxalifəti səfirlər və beynəlxalq təşkilatlarla qapalı görüş keçirdilər

Ermənistan parlamentinin müxalif fraksiyaları - “Hayastan” və “Şərəfim var” müəmmalı tədbir keçiriblər. News365.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, qapalı iclasa Ermənistanda akkreditə olunmuş səfirlər və ölkədə demokratiya, insan haqlarının müdafiəsi proqramlarını maliyyələşdirən beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.

“Hayastan” fraksiyasının katibi Artsvik Minasyan jurnalistlərə açıqlamasında deyib ki, deputatlar onların fəaliyyətlərinin və maliyyələşdirdikləri layihələrin məqsədinin nə olduğunu anlamaq istəyiblər.

"Bu vacib görüş idi. Çünki bizdə belə bir təəssürat yaranıb ki, onlar Ermənistandakı vəziyyətlə bağlı heç bir məlumata malik deyillər. Yaxud da görüşdüyümüz qüvvələr hakimiyyət və onların əlaltıları tərəfindən yayılan yalan məlumatların təsiri altındadırlar", - Minasyan bildirib.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural


Seçilən
19
Mənbələr
Şərh ()
Bağla