AZ

Tanınmış aparıcı: “Görəndə ki, verilişimdə qalmaqal edirlər, o dəqiqə…”

“Görəndə ki, verilişə dəvət ediyim qonaqlar mübahisə edirər, tez reklama çıxıram”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Elcan Rəsulov deyib.

Qalmaqaldan hər zaman uzaq olduğunu deyən aparıcı verilişinə dəvət etdiyi qonaqlara da qalmaqal üçün şərait yaratmadığını bildirib:

“Qalmaqaldan zəhləm gedir, bilirlər ki, mən qalmaqallı aparıcı deyiləm. Görəndə ki, qonaqlar verilişimdə qalmaqal edir, o dəqiqə reklamlara ayrılıram. Çünki reklama çıxan kimi baxıram çox mehribandırlar, sakitcə oturub, söhbət edirlər. Sanki bayaqdan efirdə qalmaqal edən heç bunlar deyildi. İndi mən niyə onları reklam edim ki…”

Cəvahir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla