AZ

Məşhur müğənni boşanır - FOTO

Pop musiqi ulduzu Britni Spirs və Sem Asqari 14 aylıq evlilikdən sonra boşanmaq qərarına gəliblər.

News24.az xəbər verir ki, Spirs və 30 yaşlı model Asqari ayrılıq elanından 9 ay sonra razılığa gəliblər.

Cütlük nikah müqaviləsinin şərtlərinə uyğun olaraq boşanır. Müqavilənin təfərrüatları hələ tam məlum deyil.

Məhkəmə sənədlərinə görə, Sem Asqari bildirib ki, onların rəsmi ayrılma tarixi evliliklərinin ilk ildönümündən bir neçə həftə sonra olub.

Ayrılıq qərarı ilə bağlı Asqari, "6 illik sevgi və bağlılıqdan sonra həyat yoldaşımla yolumuza ayrı davam etmək qərarına gəldik. Hər zaman bir-birimizi sevəcək və hörmət edəcəyik. Onun üçün ən yaxşısını arzulayıram" deyib.

Günel Məlikzadə


Seçilən
58
Mənbələr
Şərh ()
Bağla