AZ

Sərhəd çəkilməsini istəməyən ermənilər qarışıqlıq törədiblər

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu gün səhər saatlarında Ermənistanda delimitasiyaya qarşı çıxış edən və polisin göstərişlərinə tabe olmayan 31 şəxs  Azərbaycan ilə sərhədin - Kirants kəndinin yaxınlığında saxlanılıb.
Bu barədə məlumatı agentliyə Ermənistan DİN-in mətbuat xidməti verib.
Etirazçılar delimitasiya və demarkasiya prosesinin aparılmasına yol verməmək üçün Azərbaycanla sərhəddə minalanmış sahənin qarşısını kəsiblər.
Qeyd edək ki, Ermənistan hərbçiləri Kirants kəndini minalardan təmizləməyə başlayıblar.

Etirazçıların digər bir qrupu Ermənistandan Gürcüstana gedən yolu kəsiblər.
"Sputnik Ermənistan" agentliyinin məlumatına görə, saxlanılanların hamısı azadlığa buraxılıb.
Hürr Tərcüman

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla