AZ

Naxçıvanda “Allahın evi” baxımsız qalıb... – SAKİNLƏRDƏN FUAD NƏCƏFLİYƏ MÜRACİƏT / VİDEO

Naxçıvan şəhərinin inzibati ərazi vahidi olan Qaraçuq kəndinin sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına müraciət daxil olub.

Hurriyyet.az saytı vasitəsilə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət edən sakinlər xahiş edirlər ki, uzun zamandır təmirsiz qalan kənd məscidinin bərpası üçün müvafiq qurumlara göstəriş versin.

Sakinlər deyir ki, Qaraçuq məscidi illərdir baxımsız qaldığından günbəgün uçub-dağılır və yağış, qar içərisinə yağır. Şikayətçilər “Allahın evi” hesab olunan məscidin bərpasının ən azı savab iş olduğunu bildirir, F.Nəcəflidən və rəsmi qurumlardan onların şikayətinə biganə yanaşmamağı xahiş edirlər.

Kənd sakinlərinin redaksiyamıza göndərdiyi video-görüntüləri də oxucularımıza təqdim edirik:

Hurriyyet.az

 

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla