AZ

Qlobal iqlim dəyişmələri nəticəsində yaranan quraqlıq, yağıntıların azalması Damcılı bulağa birbaşa təsir göstərir - Nazir müavini

Bakı. Trend:

İqlim dəyişməsinin dolayı yolla təsir göstərdiyi abidələrə Qubaşəhərində Soyqırımı Memorial Kompleksi ərazisində yerləşənermənilər tərəfindən 1918-ci ildə kütləvi qırğınlar nəticəsindəhəlak olan kütləvi insan məzarlarını göstərmək olar.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasımədəniyyət nazirinin müavini xanım Səadət Yusifova VIMədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Keçmiş vəgələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlıpanel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, kütləvi məzarlıq açıldıqdan sonra insansümüklərinin yağış, qar, qrunt suları ilə təmas etməsi və küləklərnəticəsində çürümə prosesi sürətlənmiş və məzarlığın yenidəntorpaqla örtülməsinə və bu yolla qorunmasına qərar verilib.

"Qlobal iqlim dəyişmələri nəticəsində yaranan quraqlıq,yağıntıların azalması “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğuərazisində yerləşən Damcılı bulağına birbaşa təsir göstərməkdədir.Digər bulaqlardan fərqli olaraq Damcılı bulağı yerin təkindəndeyil, qayalardan süzülərək tökülür. İnsanların daha çox çaykənarlarında məskən saldıqlarını və ərazidə geniş qurumuş çayyatağını əsas gətirərək demək olar ki, buradan vaxtı ilə gur suluçay axmış olsa da, hazırda su mənbəyi yalnız Damcılı bulağıdır.Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, təbii və antropogentəsirlərlə bağlı olaraq bulağın suyunda gözlə görüləcək dərəcədəazalma müşahidə olunmaqdadır" - deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla