AZ

Elşad Quliyev: “Bəzi zəif tərəflərimiz var”

“Avropa çempionatı öncəsi bu təlim-məşq toplanışı bizim üçün çox vacib idi”.

Bunu İdman.bizə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib.

Mütəxəssis Monteneqroda keçirilən yarışda komandasının qızıl medal qazanmasını şərh edib. O bildirib ki, bu turnir Avropa çempionatı öncəsi seçməmiz üçün faydalı olacaq: “Oynadığımız yığmalar Avropada özünü yaxşı tərəfdən göstərənlər idi. Sonuncu dünya çempionuna qarşı oynadıq. İnanıram ki, bu qarşılaşmalardakı təcrübə qitə birinciliyində işimizə yarıyacaq. Heç kimi fərqləndirmək istəməzdim. Bütün oyunçulara şans verib, yoxladıq. Ümumi götürsək, komanda özünü yaxşı tərəfdən göstərdi. Bəzi zəif tərəflərimiz də var. Onun üzərində işləyib, daha güclülərlə Avropa çempionatına getmək istəyirik”.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-dək Bosniya və Herseqovinada keçiriləcək.

Emin Ağa
İdman.biz

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla