AZ

Oğuz rayonundaümumrayon iməcliyi keçirilib TƏDBİR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlıYAP Oğuz rayon təşkilatının Tədbirlər planına uyğun olaraq 2 may 2024-cü il tarixində Oğuzşəhəri ərazisində ümumrayon iməcliyi keçirilib.

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının təşkilatçılığı iləkeçirilən iməcilik ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədi daşıyıb.

Ümumrayon iməciliyində idarə, müəssisə və təşkilat kollektivləri, YAP fəalları vəsakinlər böyük həvəslə, fəal iştirak ediblər. Müxtəlif ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, yol kənarları alaq otlarından təmizlənib, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən yığışdırılıb, səliqə-sahman yaradılıb.

Seçilən
68
1
Mənbələr
Şərh ()
Bağla