AZ

“Tottenham”də Ben Deyvis də mövsümü erkən başa vurdu

İngiltərənin “Tottenhem” klubunun daha bir futbolçusu – Ben Deyvis də cari mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisində daha öncə hücumçu Timo Vernerin mövsümün sonuna kimi sıradan çıxdığı açıqlanmışdı.

Alman futbolçu ilə yanaşı, Ben Deyvisin də mövsümün qalan hissəsində oynaya bilməyəcəyi dəqiqləşib. Ətraflı müayinələrdən sonra sol cinah müdafiəçisinin bərpasının bir neçə həftə çəkəcəyi müəyyənləşib.

Ben Deyvis 2014-cü ildən “Tottenhem”də çıxış edir. Uelsdən olan mərkəz müdafiəçisi cari mövsümdə bu komandanın heyətində 19 oyuna çıxıb və 1 qola imza atıb. O, London təmsilçisində keçirdiyi 10 mövsüm ərzində bütövlükdə 330 oyuna çıxıb, 9 qola imza atıb, 23 məhsuldar ötürmə müəllifi olub.

Deyvis daha öncə yetirməsi olduğu “Suonsi Siti”də də oynayıb. O, bu komandanın heyətində 85 oyuna 3 qol vurub, 3 assistlə yadda qalıb.

Ben 2012-ci ilin oktyabr ayında debüt etdiyi Uels yığmasında 87 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı uelsli müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün başa çatmasına 3 tur qalıb. Amma təxirə salınmış oyunları da olan “Tottenhem”i qarşıda hələ 5 matç gözləyir. London təmsilçisi “Çelsi”, “Liverpul”, “Börnli”, “Mançester Siti” və “Şeffild Yunayted”lə qarşılaşacaq.

Son iki oyunundan məğlubiyyətlə ayrılmış “Tottenhem” Premyer Liqanın turnir cədvəlində hazırda 60 xalla 5-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
45
Mənbələr
Şərh ()
Bağla