AZ

Bu şəxslər satınalma komissiyasının üzvü ola bilməzlər - RƏSMİ

Bakı. Trend:

Qanunvericiliyə əsasən bu şəxslər satınalma komissiyasının üzvüola bilməz.

Baş Prokurorluqdan Trend-əverilən məlumata görə, onlar aşağıdakılardır:

* Təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsinicra orqanının rəhbəri,

* təchizatçının digər işçisi və ya nümayəndəsi,

* təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqişəxsin icra orqanının rəhbərinin, təchizatçının aidiyyəti şəxsininvə ya nümayəndəsinin qohumları (ər-arvadlar, valideynlər, övladlar,övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar,nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı vəqardaşların övladları, bacıların ərləri, qardaşların arvadları,valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri,bacıları və qardaşları),

* təchizatçı ilə təsisçilik və (və ya) hüquqi və maliyyəasılılığı münasibəti olan şəxslər,

* keçirilən satınalmadan əvvəlki 3 il ərzində satınalmadaiştirak edən təchizatçının işçisi və ya vəzifəli şəxsi olmuşşəxslər.

Belə ki, sözügedən hal satınalma prosesində maraqlartoqquşmasının yaranmasına və komissiyanın fəaliyyətinin etibarsızhesab olunmasına gətirib çıxara bilər.

Odur ki, qeyd olunan hallar aşkar edildikdə satınalmakomissiyasının üzvü bu barədə komissiya sədrini məlumatlandırmalıvə həmin satınalma ilə bağlı komissiyada iştirak etməməlidir.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
7
Mənbələr
Şərh ()
Bağla