AZ

İspaniyalı baş məşqçi: "Prezident Kuboku”nda iştirak hər bir idmançı üçün yaxşı təcrübə olacaq

İspaniyalı

Bakı, 2 may, AZƏRTAC

“Prezident Kuboku”nda iştirak etmək hər bir idmançı üçün yaxşı təcrübə olacaq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri avarçəkmə üzrə İspaniya millisinin baş məşqçisi Alberto Korominas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2024" beynəlxalq turniri barədə danışarkən deyib.

Yarışda hələlik iki bürünc medal qazandıqlarını xatırladan mütəxəssis xoşbəxt olduğunu bildirib: "İnanıram ki, bu yarışda istədiyimiz nəticəni əldə edəcəyik".

O, ikinci dəfədir “Prezident Kuboku” turnirində iştirak etdiklərini söyləyib: "Təşkilatçılıq möhtəşəmdir. Burada olmaq bizi sevindirir. Ötən ildən fərqli olaraq, yarışa qatılan ölkələrin sayında artım var. Bu da onu göstərir ki, reqataya olan maraq ildən-ilə artır".

Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatası mayın 3-dək davam edəcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla