AZ

Malayziyanın 32 illik tarixində ilk:“Microsoft” yatıracağı sərmayəni açıqladı

Dünyada məşhur olan “Microsoft” şirkəti qarşıdakı 4 il ərzində Malayziyaya 2,2 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Bununla bağlı “Microsoft” açıqlama yayıb.

Microsoft-un açıqlaması icraçı direktorun Satya Nadellanın ABŞ şirkətinin generativ süni intellekt (AI) texnologiyasını tanıtmaq üçün Cənub-Şərqi Asiyada gerçəkləşdirdiyi tur çərçivəsində cümə axşamı Kuala Lumpura səfəri ərəfəsinə təsadüf edir.

Onu da bildirək ki, S.Nadella bu həftənin əvvəlində İndoneziya və Taylanda da səfər edib.

“Microsoft”dan bildirilib ki, sərmayə bulud və süni intellekt infrastrukturunun qurulması, 200.000 nəfər üçün süni intellekt bacarıqları imkanlarının yaradılması və Malayziyanın bu sahədə inkişafetdirici icmasının böyüməsinə dəstək olacaq.

Şirkət bunun Malayziyanın 32 illik tarixində ən böyük investisiya olacağını söyləyib. “Microsoft” şirkəti həmçinin Malayziya hökuməti ilə birlikdə milli Süni İntellekt Mükəmməllik Mərkəzinin yaradılması və ölkənin kibertəhlükəsizlik imkanlarının təkmilləşdirilməsi üçün çalışacağını bildirib.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla