AZ

Marselonun oğlu "Real"la müqavilə imzaladı

"Real" Madrid klubunda 15 mövsüm oynamış "Los Blankos"un keçmiş müdafiəçisi Marselonun oğlu Enzo Alveşlə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, Marselo hələ təqaüdə çıxmayıb və hazırda "Fluminense"də oynayır, lakin oğlu Enzo Alves "Real"da çıxış edir. 14 yaşlı futbolçu bu mövsüm "Los Blankos" üçün 17 qolla öz yaş qrupunun bombardiridir. Enzo da bu yaxınlarda İspaniyanın U-15 millisində debüt edib və milli komandadakı ikinci oyununda qol vurub.

Alveşin müqaviləsi 2027-ci ilə qədər uzadılıb ki, bu da bir futbolçunun o yaşda müqavilə imzalaya biləcəyi maksimum müddətdir.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla